Trampın həyasız iddiaları BMT Nizamnaməsinə ziddir
https://azeri.sahartv.ir/news/İran-i423306-trampın_həyasız_iddiaları_bmt_nizamnaməsinə_ziddir
İranın BMT-dəki səfiri və müvəqqəti işlər vəkili bildirib ki, Trampın İrana qarşı təhdidləri beynəlxalq hüququ və BMT Nizamnaməsini pozur.
(last modified 2026-09-28T13:22:05+00:00 )
Sen 28, 2026 17:19 Asia/Baku
  •  Trampın həyasız iddiaları BMT Nizamnaməsinə ziddir

İranın BMT-dəki səfiri və müvəqqəti işlər vəkili bildirib ki, Trampın İrana qarşı təhdidləri beynəlxalq hüququ və BMT Nizamnaməsini pozur.

İranın BMT-dəki səfiri və müvəqqəti işlər vəkili Qulamhüseyn Dərzi sentyabrın 27-də BMT-nin baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda, ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında İranı dırnaqarası “məhv etmək”lə bağlı səsləndirdiyi hədələri qeyri-qanuni və BMT Nizamnaməsinə zidd adlandırıb.Qulamhüseyn Dərzi bu məktubda Trampın İrana qarşı hədələri ilə bağlı yazıb: “Bu iyrənc və həyasız iddialar sadəcə siyasi ritorika və ya təsadüfi çıxışlar deyil, əksinə, beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulmasıdır. Bunlar Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkənin başçısı tərəfindən İrana qarşı davamlı olaraq, səsləndirilən təhdidlərin bir hissəsidir. Bu son hadisə xüsusilə ciddi və narahatedicidir, çünki BMT Baş Assambleyası məhv etmə təhdidlərinin səsləndirilməsi üçün məkan deyil”.