İran və Azərbaycan arasında ticarət dövriyyəsi son altı ayda artıb
https://azeri.sahartv.ir/news/İran-i423324-İran_və_azərbaycan_arasında_ticarət_dövriyyəsi_son_altı_ayda_artıb
İranın yol və şəhərsalma naziri bildirib ki, bütün problemlərə və regiondakı müharibənin yaratdığı çətinliklərə baxmayaraq, son altı ayda İran və Azərbaycan arasında ticarət dövriyyəsi artıb.
(last modified 2026-09-29T14:13:53+00:00 )
Sen 29, 2026 18:09 Asia/Baku
  • İran və Azərbaycan arasında ticarət dövriyyəsi son altı ayda artıb

İranın yol və şəhərsalma naziri bildirib ki, bütün problemlərə və regiondakı müharibənin yaratdığı çətinliklərə baxmayaraq, son altı ayda İran və Azərbaycan arasında ticarət dövriyyəsi artıb.

İranın yol və şəhərsalma naziri xanım Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının sədrlərinin görüşü çərçivəsində jurnalistlərə verdiyi açıqlamada son altı ay ərzində iki ölkə arasında ticarət dövriyyəsindəki artdığını qeyd edib. O, bildirib ki, infrastrukturun inkişafı və mövcud maneələrin aradan qaldırılması bu tendensiyanın davam etməsində mühüm rol oynayır. Culfa-Kəlalə marşrutunun genişləndirilməsi layihəsi isə iki ölkə arasında nəqliyyat imkanlarını və ticarət həcmini daha da artıra bilər.Xanım Fərzanə Sadiq əlavə edib: "İran və Azərbaycan arasında münasibətlər dostluq, qardaşlıq və strateji xarakter daşıyır. Bugünkü görüşdə biz Birgə Komissiya çərçivəsində razılaşdırılmış məsələləri nəzərdən keçirdik və razılaşmaların icrasının cari vəziyyətini qiymətləndirdik".Öz növbəsində Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev isə jurnalistlərə deyib: "Bugünkü görüşdə ticarət, logistika, nəqliyyat və enerji ilə bağlı məsələlərlə yanaşı, iki ölkə arasında əməkdaşlığın prioritet məsələləri və perspektivləri müzakirə olundu". O, iki ölkə arasında ticarət dövriyyəsinin artdığına toxunaraq, əlavə edib: "İran və Azərbaycan Respublikası arasında ticarət həcmi artıb, həmçinin “Şimal-Cənub” Beynəlxalq Dəhlizi çərçivəsində malların və məhsulların daşınmasında da artım tendensiyası müşahidə olunur". Şahin Mustafayev iki ölkənin müxtəlif sahələrdə səmərəli əməkdaşlıq həyata keçirdiyini qeyd edərək, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə münasibətlərini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı.