Pezeşkian və Əliyev arasında telefon danışığı olub
Sen 29, 2026 18:13 Asia/Baku
İran prezidenti Məsud Pezeşkian və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Azərbaycan Respublikası prezidenti Əliyev iranlı həmkarı Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.
Prezident Pezeşkian göstərilən diqqət və təbrikə görə Əliyevə təşəkkürünü bildirib. İki lider Bişkekdə keçirilən son görüşdən və həmin görüş zamanı müzakirə olunan məsələlərdən məmnunluqlarını ifadə ediblər. İlham Əliyev qeyd edib ki, hazırda Azərbaycan hökumətinin nümayəndə heyəti İranda səfərdədir və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər müzakirə edilir.