Əraqçi:
İranın Hörmüz boğazının yenidən açılması ilə bağlı şərtləri ABŞ-yə çatdırılıb
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, İslam İnqilabının Ali Rəhbərinin vurğuladığı məqamlara uyğun olaraq, İranın Hörmüz boğazının yenidən açılması ilə bağlı şərtləri ABŞ tərəfinə çatdırılıb.
İran xarici işlər naziri Seyid Abbas Əraqçi Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak etmək üçün səfərdə olduğu Nyu-Yorkda iranlı jurnalistlərə səfərinin məqsədləri və qətərli vasitəçi ilə keçirdiyi son görüş barədə danışıb.Əraqçi, Nyu-Yorka səfərinin digər mühüm məqsədinin müharibə, xüsusilə də Hörmüz boğazı ilə bağlı ölkənin mövqeyini dünya ictimaiyyətinə çatdırmaq olduğunu qeyd edərək, deyib: "Müəyyən şərtlər var və İslam İnqilabının Ali Rəhbəri tərəfindən də vurğulanıb. Hörmüz boğazının açılması üçün bu şərtlərə əməl olunmalıdır".İran Xarici işlər naziri sözlərinə belə davam edib: "Bizim missiyamız həm bu şərtləri ABŞ tərəfinə çatdırmaq, həm də digər ölkələrin və beynəlxalq ictimaiyyətin İranın bu məsələ ilə bağlı planının olduğunu, həmçinin şərtlərinin tamamilə ədalətli və məntiqli olduğunu bilməsini təmin etmək idi. Əgər amerikalılar razılaşma və ya sülh yolu ilə həll axtardıqlarını iddia edirlərsə, biz həmin həll yolunu təqdim etmişik". Əraqçi vurğulayıb: "İndi hamıya aydın olub ki, İran özünə qarşı törədilən bütün ədalətsizliklərə və məruz qaldığı müharibələrə baxmayaraq, diplomatiya sahəsində öz sözünə, rasional yanaşmaya və həll yollarına malikdir. O, müharibəyə hazır olduğu kimi, diplomatiyaya da hazırdır. Hesab edirəm ki, bu vəziyyət bizim mövqeyimizi əhəmiyyətli dərəcədə yüksəldib, digər xalqların bizə baxışını dəyişib və müharibə tərəfdarı olan tərəfin İran deyil, məhz ABŞ olduğunu nümayiş etdirib".