İkinci və Üçüncü Məcburi Müharibələr göstərdi ki, bədəlsiz təhdidlər dövrü sona çatıb
https://azeri.sahartv.ir/news/İran-i423436-İkinci_və_Üçüncü_məcburi_müharibələr_göstərdi_ki_bədəlsiz_təhdidlər_dövrü_sona_çatıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH Əl-Əqsa Tufanı əməliyyatının ildönümü münasibətilə yaydığı bəyanatda bu əməliyyatı Fələstin müqaviməti tarixinin ən böyük əməliyyatlarından biri kimi qiymətləndirib və vurğulayıb ki, İrana qarşı ikinci və üçüncü məcburi müharibələr göstərdi ki, bədəlsiz təhdid və təcavüz dövrü artıq sona çatıb.
(last modified 2026-10-07T14:00:37+00:00 )
Okt 07, 2026 17:55 Asia/Baku
  •  İkinci və Üçüncü Məcburi Müharibələr göstərdi ki, bədəlsiz təhdidlər dövrü sona çatıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH Əl-Əqsa Tufanı əməliyyatının ildönümü münasibətilə yaydığı bəyanatda bu əməliyyatı Fələstin müqaviməti tarixinin ən böyük əməliyyatlarından biri kimi qiymətləndirib və vurğulayıb ki, İrana qarşı ikinci və üçüncü məcburi müharibələr göstərdi ki, bədəlsiz təhdid və təcavüz dövrü artıq sona çatıb.

SEPAH bu bəyanatda bildirib ki, Fələstin müqaviməti və HƏMAS döyüşçüləri müqavimət tarixinin ən böyük əməliyyatlarından birini həyata keçirərək, sionist rejimin təhlükəsizlik strukturunu darmadağın etdilər. SEPAH-ın bəyanatında qeyd edilir: "Bu əlamətdar və unudulmaz tarixi hadisədən üç il sonra bölgədəki strateji tənliklər dəyişib; eyni zamanda, Sionist rejim və onun əsas himayədarı olan ABŞ struktur böhranları və ardıcıl məğlubiyyətlər burulğanına sürükləniblər".SEPAH həmçinin təkid edib ki, "Əl-Əqsa Tufanı" əməliyyatı sionist rejimin süqutuna aparan yolu möhkəmləndirib "sionist rejim ordusunun məğlubedilməzliyi mifini darmadağın etməklə yanaşı, Müqavimət Cəbhəsini regionda strateji bir reallığa çevirib. Bəyanatın davamında İrana qarşı ikinci və üçüncü məcburi müharibələrə işarə olunaraq, bildirilib ki, bu müharibələr İran silahlı qüvvələrinin qətiyyətli və peşmanedici cavabı ilə qarşılaşıb və bu, cəzasız təhdidlər dövrünün sona çatdığını sübut edib. SEPAH xəbərdarlıq edib ki, İslami İrana qarşı hər hansı səhv hesablama və ya yeni müharibəyə, yaxud hücuma başlama cəhdi təcavüzkar üçün ağrılı və dağıdıcı cavaba səbəb olacaq.SEPAH, həmçinin böyük təzyiqlərə və müqavimət komandirlərinin şəhid olmasına toxunaraq, bildirib ki, Müqavimət Mehvəri möhkəm dayanır və hələ də ayaqdadır. Bəyanatın sonunda qeyd edilib ki, Müqavimət yolu Qüdsün azad edilməsinə və işğalçı sionist rejimin tamamilə məhv edilməsinə qədər davam edəcək və Müqavimət Mehvəri bu gün hər zamankından daha həmrəy, daha güclü və daha hazırlıqlıdır.