Qalibafdan Rubioya cavab:
Diz çökəcəksiniz
Okt 10, 2026 17:03 Asia/Baku
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, tarix boyu İranı hədəfə alan qüvvələr məğlubiyyətə uğrayıblar və İsgəndərin irsini davam etdirənlər də eyni taleyi yaşayacaqlar.
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin dövlət katibi Marko Rubionun İran sivilizasiyası ilə bağlı cəfəngiyyatına cavab olaraq, “X” səhifəsində yazıb: “Tarix boyu biz iranlılar özlərini dünyanın ağası elan edən və qədim sivilizasiyaları tarix səhnəsindən silməyə çalışan qüvvələrlə üz-üzə qalmışıq. Onlar İrana od və alovla gəliblər, lakin toz-torpaq və rəzillik içində geri dönüblər”. “İsgəndərin irsinin izi ilə gedənlər Valerianın taleyini yaşayacaqlar: Siz diz çökəcəksiniz!”, - deyə Qaıibaf qeyd edib.