İran qarşısında tarixi məğlubiyyətlərin təkrarlanmasına hazır olun
https://azeri.sahartv.ir/news/İran-i423444-İran_qarşısında_tarixi_məğlubiyyətlərin_təkrarlanmasına_hazır_olun
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi general-leytenant Möhsün Rezayi terrorçu Amerikaya müraciət edərək, İran qarşısında tarixi məğlubiyyətlərin təkrarlanmasına hazır olmağa çağırıb.
(last modified 2026-10-14T14:32:21+00:00 )
Okt 10, 2026 17:07 Asia/Baku
  •  İran qarşısında tarixi məğlubiyyətlərin təkrarlanmasına hazır olun

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi general-leytenant Möhsün Rezayi terrorçu Amerikaya müraciət edərək, İran qarşısında tarixi məğlubiyyətlərin təkrarlanmasına hazır olmağa çağırıb.

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rezayi terrorçu Tramp administrasiyasının dövlət katibi Marko Rubionun sərsəm və təkəbbürlü bəyanatlarına reaksiya verib.Rubionun Yunanıstana səfərinə toxunan Rezayi “X” sosial şəbəkəsindəki paylaşımında yazıb: “İran qarşısında məğlubiyyət və alçaldıldıqdan sonra “sivilizasiyalar müharibəsi” haqqında hekayə yaratmaq üçün Afinaya gedirlərsə, tarixin başqa bir mühüm səhifəsini də oxumaları yaxşı olardı. Həmin səhifədə Roma imperatorunun Sasanilər hökmdarı I Şapurun qarşısında diz çökdüyü yazılıb.İran Milli Təhlükəsizlik Ali Şurasının katibi vurğulayıb: “Tarixi gündəmə gətirənlər onun təkrarlanmasına da hazır olmalıdırlar!”ABŞ dövlət katibi Marko Rubio iki gün əvvəl Afinadakı Akropolda etdiyi çıxışında İran sivilizasiyasına qarşı tamamilə təhrif olunmuş və təhqiramiz ifadələr işlədib. O, Yunanıstanın İranla müharibəsinə dair tarixi rəvayətləri Hollivud üslubunda təqdim edərək, qədim tarixə birtərəfli yanaşma nümayiş etdirib.