Kontr-admiral Səyyari:
Lazım gələrsə, düşmənin dəniz vasitələrinə yenidən zərbələr endirəcəyik
İran Ordusunun Baş Qərargah rəisi və koordinasiya məsələləri üzrə komandan müavini düşmənin təhdidləri qarşısında İran Silahlı Qüvvələrinin hazırlığını vurğulayaraq, bildirib: “İrana qarşı yenidən hər hansı bir hadisə baş verərsə, biz düşmənin dəniz vasitələrinə zərbələr endirəcəyik”.
Kontr-admiral Həbibullah Səyyari ordunun müdafiə imkanlarına toxunaraq, bildirib: “İran əli-qolu bağlı deyil və dünyada hər kəsin tanıdığı imkan və potensiala malikdir”. O, Silahlı Qüvvələrin ölkəni müdafiə etməyə hazır olduğunu vurğulayaraq, əlavə edib: “Biz qətiyyətlə müdafiə etmişik və İranı müdafiə etməyə davam edirik. Harada lazım gələrsə, düşmənə zərbə endirmək üçün hərəkətə keçəcəyik”.İran Ordusunun koordinasiya məsələləri üzrə komandan müavini İran xalqının təhdidlər qarşısında sarsılmaz mövqeyinə toxunaraq, qeyd edib: “İran xalqı düşmənə sübut edib ki, onlar qarşısında möhkəm dayanacaq və ölkənin ərazi bütövlüyünü, inqilabı, şərəfini və namusunu müdafiə etmək üçün çətinliklərə dözəcək”.