SEPAH-ın Hərbi Dəniz Qüvvələri:
İkinci supertanker Hörmüz boğazında dəniz minasına çırpılıb
SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda qaydaları pozan bir supertankerin dəniz minasına çırpılması nəticəsində şiddətli partlayışa məruz qaldığını və gəminin mühərrik bölməsində yanğının baş verdiyini bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib ki, xam neft daşıyan bir supertanker dünən günortadan sonra Hörmüz boğazından çıxmağa cəhd edib, boğazın cənub hissəsində mühərrik bölməsində partlayış və yanğınla üzləşib.Açıqlamaya görə, həmin tanker naviqasiya sistemlərini söndürərək, boğazın qaydalarını pozub və icazə verilməyən marşrutla hərəkət etdiyi üçün bu hadisə ilə üzləşib.SEPAH-ın Hərbi Dəniz Qüvvələri əlavə edib: “Bu, son iki gündə qeyri‑qanuni marşrutdan keçərkən dəniz minası ilə toqquşub yanğına məruz qalan üçüncü qayda pozan neft tankeridir”.