İranlı diplomat Azərbaycandakı hicab etirazlarına münasibət bildirdi
https://azeri.sahartv.ir/news/İran-i423558-İranlı_diplomat_azərbaycandakı_hicab_etirazlarına_münasibət_bildirdi
"Azərbaycanda hicabla bağlı etirazlar xalqın öz təşəbbüsü ilə başlayıb"
(last modified 2026-10-15T14:19:53+00:00 )
Okt 15, 2026 18:18 Asia/Baku
  • İranlı diplomat Azərbaycandakı hicab etirazlarına münasibət bildirdi

"Azərbaycanda hicabla bağlı etirazlar xalqın öz təşəbbüsü ilə başlayıb"

İranın Bakıdakı keçmiş səfiri Möhsün Pakayin Azərbaycanda məktəblərdə hicabla bağlı məhdudiyyətlərə qarşı etirazların xarici müdaxilə olmadan xalqın öz təşəbbüsü ilə başlandığını bildirib. Möhsün Pakayin “Khabaronline” nəşrində dərc olunan məqaləsində bildirib ki, etirazlar Nazirlər Kabinetinin məktəbli geyim formaları ilə bağlı qərarından sonra başlayıb. Müəllifin fikrincə, Cəlilabad rayonundakı 9 saylı məktəbdə hicablı qızların sinif otaqlarına buraxılmaması ilk etirazlara səbəb olub, daha sonra narazılıqlar Bakı da daxil olmaqla digər şəhərlərə yayılıb.Pakayin qeyd edib ki, Azərbaycan hakimiyyəti Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarını dünyəvi təhsil prinsipləri ilə əsaslandırır. Bununla belə rəsmi məktəbli formasına uyğun olmayan geyimlərin qadağan edilməsi faktiki olaraq hicaba məhdudiyyət deməkdir.Diplomatın yazdığına görə, Azərbaycanda hicabla bağlı məhdudiyyətlərə qarşı etirazlar vətəndaşların hüquqlarının pozulmasına reaksiyadır.Pakayin yazıb ki, etirazlarda hicab taxmayan müəllim və şagirdlər də iştirak edərək hicablı qızlarla həmrəylik nümayiş etdiriblər. O, bəzi iştirakçıların yürüşlərə, dərslərin boykotuna və digər etiraz aksiyalarına qoşulduğunu bildirib.Möhsün Pakayin Azərbaycan hakimiyyətinə yaxın bəzi şəxslərin və media qurumlarının etirazları Türkiyə və İranın mümkün müdaxiləsi ilə əlaqələndirməsini də tənqid edib. O, bu iddiaları təsdiqləyən sübutların olmadığını irəli sürərək etirazların əsas səbəbinin məktəbli geyim qaydaları ilə bağlı qərar olduğunu bildirib.Keçmiş səfir İsrailə yaxın media və siyasi dairələrin Türkiyə ilə İranı Azərbaycanın daxili işlərinə müdaxilədə ittiham etməsini də Bakı ilə Ankara və Tehran arasındakı münasibətləri zəiflətmək cəhdi kimi qiymətləndirib.Pakayinin sözlərinə görə, bəzi siyasi və media ekspertləri İsraili yaranmış vəziyyətdən faydalanan tərəf hesab edirlər. O qeyd edib ki, Azərbaycanda dinə qarşı mövqelərin ön plana çıxarılması ölkənin müsəlman qonşuları ilə münasibətlərinə mənfi təsir göstərə bilər.Məqaləsinin sonunda Möhsün Pakayin Azərbaycan Konstitusiyasının müxtəlif dinlərin ardıcıllarının ibadət azadlığını tanıdığını vurğulayıb. O, hakimiyyəti Konstitusiyanın müddəalarına, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və İslam Əməkdaşlıq Təşkilatının prinsiplərinə uyğun davranmağa çağırıb.