SEPAH-ın sözçüsü:
Gələcək, düşmənin təhdidlərini yumora çevirə bilən xalqa məxsusdur
Okt 18, 2026 17:14 Asia/Baku
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın sözçüsü ABŞ rəsmilərinin hədələyici bəyanatlarına münasibət bildirib.
Briqada generalı Hüseyn Mühhibi ABŞ ordusunun hərbi arsenalındakı ən güclü qeyri-nüvə bombasına verilən "Bütün bombaların anası" ifadəsinə toxunaraq, bildirib: "Yalnız vəhşi bir sivilizasiya ən dağıdıcı bombasını adlandırmaq üçün "ana" kimi müqəddəs bir kəlmədən istifadə edə bilər".General Mühibbi davamında xalqın psixoloji və hərbi təzyiqlər qarşısında reaksiyasına və əhval-ruhiyyəsinə toxunaraq, əlavə edib: "Gələcək, düşmənin ən böyük təhdidini küçə yumoruna çevirə bilən xalqa məxsusdur".