İran Ordusu:
Düşmənin pilotsuz gəmisi məhv edildi
İran Ordusunun Hərbi Dəniz Qüvvələri düşmənə məxsus pilotsuz gəminin məhv edildiyini bildirib.
İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi elan edib ki, bu gün səhər saatlarında Hörmüz boğazının şərqindəki əməliyyat zonasında fəaliyyət göstərən və hərəkət edən düşmənin pilotsuz gəmisi hədəfə alınaraq, məhv edilib.İran Ordusunun Hərbi Dəniz Qüvvələri icazəsiz gediş-gəliş və təhlükəsizlik və dəniz xəbərdarlıqlarına məhəl qoymamaqdan irəli gələn hər hansı bir nəticəyə görə tam məsuliyyətin neft tankerlərinin sahiblərinin üzərinə düşdüyünü vurğulayıb və düşmənə xəbərdarlıq edib ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdə hər hansı bir hərəkət, sızma və ya təxribatçı hərəkət qətiyyətli və mütənasib cavabla qarşılaşacaq.