Bəqayi:
Düşmən təhdid və mühasirə ilə İrana qarşı məqsədlərinə nail ola bilməz;
Hörmüz boğazı Tehranın tələbləri yerinə yetirilmədən açılmayacaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının ABŞ və sionist rejimə qarşı qəti mövqeyini vurğulayaraq, bəyan edib ki, Tehran təzyiq və təhdidlər qarşısında geri çəkilməyəcək. Hörmüz boğazının vəziyyətində isə hər hansı dəyişikliyin edilməsi İranın tələblərinin yerinə yetirilməsindən və dəniz mühasirəsinin sona çatmasından asılıdır.İsmayıl Bəqayi mətbuat konfransında regiondakı hadisələrə toxunaraq, sionist rejimi Qərb Asiyada qeyri-sabitliyin əsas səbəbi adlandırıb. O, bu rejimin Qəzzə və Livanda cinayətlərinin davam etməsini pisləyərək, beynəlxalq ictimaiyyətin mülki əhalinin qətliamı qarşısında susqunluğunu və passivliyini tənqid edib.İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-nin sionist rejimə verdiyi hərtərəfli dəstəyə işarə edərək, vurğulayıb ki, Vaşinqton eyni zamanda həm insan hüquqları və beynəlxalq nizamdan danışa, həm də bu rejimin cinayətlərini dəstəkləyərək beynəlxalq qurumlara təzyiq göstərə bilməz.Baqayi diplomatik prosesdə ABŞ-nin ziddiyyətli davranışları ilə bağlı İranın təcrübəsinə toxunaraq, deyib: “Tehran qarşı tərəfin bəyanatlarından daha çox onun fəaliyyətinə diqqət yetirir və Vaşinqtonun addımları göstərib ki, bu ölkənin diplomatik iddialarına etibar etmək olmaz”.“Böhranı sona çatdırmaq üçün İranın təklif etdiyi təşəbbüs hələ də masadadır, lakin bu planın həyata keçirilməsi qarşı tərəfin qərarından və öhdəliklərinə sadiqliyindən asılıdır”, - deyə o, əlavə edib.Bəqayi qeyd edib ki, dəniz mühasirəsinin sona çatması və İranın tələblərinin yerinə yetirilməsi hər hansı razılaşmanın əsas şərtləridir və həmin vaxta qədər Hörmüz boğazı qarşı tərəfin istədiyi vəziyyətə qayıtmayacaq.İran Xarici İşlər Nazirliyinin sözçüsü söhbətlərinin başqa bir hissəsində İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində öz nüvə hüquqlarına sadiq olduğunu vurğulayaraq, ölkənin bu sahədəki qanuni hüquqlarından imtina etməsi kimi bir variantın rədd edildiyini bildirib.