Okt 27, 2022 12:15 Asia/Baku
  • Rəisi: Şahçerağda törədilən cinayət amillərinə ibrətamiz cavab veriləcək

İran Respublikasının prezidenti Həzrət Əhməd bin Musanın (ə) hərəmində bir qrup zəvvarının şəhadəti və yaralanması ilə bağlı başsağlığı müraciətində bildirib ki, hüquq-mühafizə orqanları cinayət amillərini müəyyən edərək onlara ibrətamiz cavab verəcəklər.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi öz müraciətində qeyd edib ki, İran xalqının məzlumluğu bu dəfə Həzrət Əhməd bin Musanın (əleyhissalam) müqəddəs hərəmində əks-səda doğurdu və İran İslam İnqilabı düşmənlərinin törətdiyi cinayətlər sırasına biri də əlavə olundu.

İran prezidenti daha sonra bu terror aktında Həzrət Əhməd bin Musanın (əleyhissalam) hərəminin bir qrup zəvvarının şəhid olması və yaralanması ilə əlaqədar bu əzizlərin ailələrinə və bütün İran xalqına başsağlığı verib.

Cənab Rəisi qeyd edib: “Təcrübə göstərir ki, İranın düşmənləri öz çarəsizliklərinin qisasını zorakılıq və terrorla almağa çalışırlar. Onlar xalqın birləşmiş sıralarında parçalanma yaratmaq və ölkənin tərəqqisini əngəlləmək istəyirlər.”

İran prezidenti vurğulayıb: “Bu şərbazlıq mütləq cavabsız qalmayacaq və təhlükəsizlik və hüquq-mühafizə orqanları bu kor-koranə cinayətin amillərini və baiskarlarını müəyyən etməklə onlara ibrətamiz cavab verəcəklər.

Teqlər