Şiraz Şahçıraq şəhidlərini ağuşuna aldı
Şiraz sakinləri Şahçıraq hərəminin terror hadisəsi şəhidlərini ən möhtəşəm şəkildə yola saldı.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün birlik və həmrəylik günü idi. Bu gün bir xalq müqəddəs bir ziyarətgahda müdafiəsiz məzlumların qanını qorxaqcasına axıdan terrorçulara qarşı fəryad etdi.
Şəhidlərin mütəhhər cənazələri bu gün İran xalqının ağuşunda idi.
Bu gün Xuzistanın istiqanlı ərəbləri də gəlmişdilər.
İştirakçılardan biri deyib: "Düşmənlər bilməlidirlər ki, təkcə bu namərdcəsinə cinayət deyil, əgər bütün dünya birləşsə belə biz Rəhbərimizi tək qoymayacağıq və Rəhbərimizin fədayiləriyik".
Həm də Şiraza qədər 1000 kilometrdən çox yol gələn vətənpərvər kürdlər də var idilər.
Əfqanlı Fatimiyyun döyüşçüləri də gəlmişdilər.
Söhbət ölkənin təhlükəsizliyindən gedirsə insanların iştirakı möhtəşəmdir.