Aliməqamlı Rəhbər: "Bu şər hərəkətlər mütləq bitəcək"
İslam İnqilabının Aliməqamlı Rəhbəri son iğtişaşların arxasında duran ünsürlərin əsas məqsədinin xalqı küçələrə çıxarmaq olduğunu bildirərək, deyiblər: "Şübhəsiz bu şər hərəkətlər bitəcək və İran xalqı əvvəlkindən daha güclü və daha yeni əhval-ruhiyyə ilə ölkənin inkişafı yolunda öz fəaliyyətlərini davam etdirəcək".
SəhərAzəri-nin məlumatına əsasən, Aliməqamlı Rəhbərin Ofisinin İnformasiya portalının məlumatına görə, Həzrət Ayətullahül-üzma Xamenei bu gün yüzlərlə isfahanlı ilə görüşündə əlavə ediblər: "Bu hadisələr, cinayətlər və təxribatlar insanlar və dükan sahibləri üçün problemlər yaradır, amma bu şər hərəkətlərin səhnəsində və səhnə arxasında olan ünsürlər sistemə zərər verə bilməyəcək qədər həqirdilər".
Aliməqamlı Rəhbər qeyd edib ki, qlobal təkəbbürün İran İslam Respublikası ilə problemi ondan ibarətdir ki, əgər İslam Respublikası inkişaf edib tərəqqi etsə və dünyada özünü göstərsə, Qərb dünyasında liberal demokratiya məntiqi qüvvədən düşəcək.
O, həzrət vurğulayıb: "Amerikalılar və avropalılar bu narahatçılıq və qəzəb üzündən bütün imkanları ilə səhnəyə daxil olurlar, amma heç qələt edə bilmirlər və keçmişdə heç nəyə nail ola bilmədikləri kimi gələcəkdə də heç nəyə nail ola bilməyəcəklər".
Aliməqamlı Rəhbər Həmçinin qərblilərin azadlıq və demokratiya adı ilə ölkələrdə azadlıq və demokratiyaya zidd hərəkətlərinə toxunaraq, əlavə ediblər: "Buna bariz misal olaraq gözümüzün qarşısındakı Əfqanıstanı göstərmək olar. Amerikalılar hökumətin demokratik olmadığını bəhanə edərək, bu ölkəyə hücum etdi amma 20 illik qətl və cinayətdən sonra Əfqanıstanı devirdikləri hökumətə təhvil verdilər və bu ölkəni rüsvayçılıqla tərk etdilər.
Həzrət Ayətullahül-üzma Xamenei İranla dünya imperializmi arasındakı qarşıdurmada, Avropanın Amerikanın arxasınca getdiyini bəyan edərək, qeyd edib ki, İslam İnqilabının qələbəsindən sonrakı illər ərzində bütün Amerika prezidentləri, o cümlədən Karter, Klinton, Obama, Reyqan, Buş və Tramp, hətta İran xalqını xilas etmək istəyən indiki prezident belə , onların hamısı İranın qarşısında dayandılar və bacardıqları hər kəsdən, o cümlədənquduz it kimi bağladıqları sionist rejimdən və regionun bir sıra ölkələrindən kömək istədilər, lakin İran xalqının tərəqqisinin qarşısını ala bilmədilər.
Aliməqamlı Rəhbər təhdidlərdən fürsət yaratma qabiliyyətini inamlı xalqın fitrətinin bir parçası hesab edərək qeyd edib ki, İran xalqının müqəddəs müdafiə dövründə təhdidlərdən fürsətlər yaratma keçmişi düşmənlərə anlatdı ki, onlar hərbi gücdən istifadə etmək fikrinə düşəndə, bilməlidirlər ki, İran xalqı yenilməzdir, necə ki, dəfələrlə amerikalılara və müxaliflərinə deyib ki, "gəlişiniz özünüzlədir, gedişiniz isə yox" və təcavüz etsəniz, sarsıdıcı cavabla üzləşib, məhv olacaqsınız.