Azərbaycan XİN Riqa iclasının yekun bəyanatına etiraz etdi
May 27, 2015 18:55 Asia/Baku
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Avropa Birliyinə məktub göndərərək, Bakının bu təşkilatın siyasətlərinə etirazını bildirib.
ANS xəbər portalının məlumatına görə, Azərbaycan Respublikası dövləti bu məktubda Avropa Birliyinin Şərq Tərəfdaşlıq İclasının yekun bəyanatında Dağlıq Qarabağ məsələsi ilə siyasi və ikili rəftarına etiraz edib.Bakının etirazında deyilir: Riqa iclasının yekun sənədində bu iclasda iştirak edən ölkələrin ərazi bütövlüyü prinsipinə hörmət və onun qorunması vacibliyinə işarə olunaraq, yalnız Ukrayna münaqişəsi və bu ölkənin Rusiya ilə probleminə diqqət yetirilib və Ermənistanın Azərbaycan Respublikası ərazisinə təcavüzünə və Ermənistan ordusunun Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpağından qeyd-şərtsiz olaraq çıxarılması zərurəti haqda BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilmədiyinə əsla işarə olunmayıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi öz bəyanatının sonunda bildirib: Rəsmi Bakı Avropa Birliyindən gözləyir ki, Qarabağ münaqişəsi məsələsi ilə bağlı mövqeyini açıq şəkildə bildirsin.