Gürcüstan-Azərbaycan sərhədində çaxnaşma
İyul 17, 2015 12:11 Asia/Baku
-
Gürcüstan-Azərbaycan sərhədində çaxnaşma
Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-gömrük məntəqəsində gərginlik yaranıb.
Səhər beynəlxalq telekanalı Bakı medialarına istinadla xəbər verir ki, bu barədə bizimyol.info-ya hadisə yerində olan əməkdaşı məlumat verib.Bildirilir ki, sərhəddə 2000-ə yaxın insan toplanıb və qarşı tərəfə keçmək istəyir. Artıq 3 saatdır burada gözləyənlər də var. Lakin insanlar qarşı tərəfə buraxılmırlar. Məntəqədən növbənin dəyişildiyi deyilir. Narazılıq o qədər şiddətlənib ki, hətta çaxnaşma halları qeydə alınıb.