Azərbaycan və Qazaxıstan arasında "yaşıl dəhliz" yaradılır
Sen 09, 2015 14:04 Asia/Baku
-
Azərbaycan və Qazaxıstan arasında "yaşıl dəhliz" yaradılır
Azərbaycan Respublikası və Qazaxıstan iki ölkə arasında yükdaşımaların asanlaşdırılması üçün "yaşıl dəhliz"in yaradılmasını müzakirə edirlər.
Trend İnformasiya Agentliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib: Biz artıq Rusiya ilə analoji dəhliz yaratdıq və yaxın gələcəkdə Qazaxıstanla rəsmi danışıqlara başlamağı planlaşdırırıq".Qazaxıstan sərhədində azərbaycanlı sahibkarların yüklərinin gecikdirilməsi məsələsinə toxunan Aydın Əliyev qeyd edib ki, problemlər artıq həll edilib. Yüklər artıq Azərbaycana gəlib. Hazırda onların yoxlanılmasını aparırıq və gecikdirmənin səbəblərini araşdırırıq.