Bakıda iranlıların Əhli-Beyt (ə) hüseyniyyəsində 15 şaban şənliyi
https://azeri.sahartv.ir/news/azərbaycan-i218965-bakıda_iranlıların_Əhli_beyt_(ə)_hüseyniyyəsində_15_şaban_şənliyi
Bakıda Həzrət Sahibəzzaman Mehdinin (əc) zühurunu gözləyənlər bir tədbir keçirərək o imama olan sevgilərini bəyan ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2016 09:16 Asia/Baku
  • Bakıda iranlıların Əhli-Beyt (ə) hüseyniyyəsində 15 şaban şənliyi
    Bakıda iranlıların Əhli-Beyt (ə) hüseyniyyəsində 15 şaban şənliyi

Bakıda Həzrət Sahibəzzaman Mehdinin (əc) zühurunu gözləyənlər bir tədbir keçirərək o imama olan sevgilərini bəyan ediblər.

Azərbaycanlıların irimqiyaslı iştirakı ilə iranlıların hüseyniyyəsində keçirilən bu tədbirdə Vəliyyi Fəqihin Azərbaycandakı nümayəndəsi Höccətülislam vəlmüslimin Ocaqnejad Həzrət Mehdinin (əc) səadətli viladəti ilə hamını təbrik edərək Quran Kərim ayələri və islam hədisləri və rəvayətlərinə istinad edərək ilahi dinlər və bəşəriyyət tarixindəki intizar məsələsinə toxunaraq deyib: İntizara inanmaq ilahi dinlərdə prinsip olaraq qəbul olunan bir inancdır.

Ocaqnejad sözlərinin davamında o həzrətin həqiqi intizarında olan şəxslərin xüsusiyyətlərini bəyan edib və iştirakçıları dərin fəlsəfi dərki tövsiyə edib.

Bu tədbir azərbaycanlı məddahların Həzrət Sahibəzzamanın (əc) şənində mövludiyyələr oxuması ilə davam edib.