Səfir: "Təbriz-Bakı-Tehran aviareysinin açılması ticarət və turizmin inkişafına töhfə verəcək"
https://azeri.sahartv.ir/news/azərbaycan-i221548-səfir_təbriz_bakı_tehran_aviareysinin_açılması_ticarət_və_turizmin_inkişafına_töhfə_verəcək
Bu gün İranın "ATA Airlines" şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2016 12:43 Asia/Baku
  • Möhsün Pakayin
    Möhsün Pakayin

Bu gün İranın "ATA Airlines" şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilib.

Bununla bağlı jurnalistlərə açıqlama verən İranın azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, reyslər "Airbus 320" təyyarələri ilə yerinə yetirilir.

Diplomat əlavə edib ki, reysin açılması iki ölkə arasında ticarət və turizmin inkişafına töhfə verəcək.

Bundan başqa, səfir bildirib ki, aviaşirkət gələcəkdə Bakı-Məşhəd aviareysinin açılması üzərində işləyir: "Lisenziya artıq verilib. Ümid edirəm ki, ilin sonuna kimi bu reys də istifadəyə veriləcək".