Avq 03, 2016 20:07 Asia/Baku
  • Azərbaycanda 6 dindara hökm oxundu
    Azərbaycanda 6 dindara hökm oxundu

Bu gün Sabunçu Rayon Məhkəməsində noyabrın 5-də "Müsəlman Birliyi Hərəkatı"nın sədr müavini Elçin Qasımovun saxlanılmasına görə, eyniadlı rayonun polis idarəsinin qarşısına toplaşan 6 dindarın məhkəmə prosesi keçirilib.

Dindarların 10-30 sutka həbsdən sonra azad olmalarına baxmayaraq, onlara yenidən cinayət işi açılıb. İslamazeri.az xəbər verir ki, prosesdə dindarlara hökm oxunub və hər birinə 5-6 il iş verilib.

 

Rzayev Sahil Xalid oğlu - 6 il 5 ay 15 gün

 

Vəliyev Niftəli Əşrəf oğlu - 5 il 11 ay 10 gün

 

Əliyev Anar Yusif oğlu - 5 il 11 ay

 

Bünyadov Elvin Hatif oğlu - 6 il 1 ay 15 gün

 

Əhmədov Lətif Süleyman oğlu - 5 il 11 ay 20 gün

 

Osmanov Teymur Adilxan oğlu - 5 il 11 ay 15 gün

 

Dindarlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddəsiylə (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar. Həbs olunanlar ittihamları qəbul etmir və özlərini təqsirsiz sayırlar.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib."Report"un məlumatına görə, təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

Teqlər