Aşura günü ilə bağlı Lənkəranda həbslər
https://azeri.sahartv.ir/news/azərbaycan-i239414-aşura_günü_ilə_bağlı_lənkəranda_həbslər
Aşura günü ilə bağlı Lənkəranda polis sanki komendant saatına keçib. Saxlanılanlar var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2016 09:56 Asia/Baku
  • Aşura günü ilə bağlı Lənkəranda həbslər
    Aşura günü ilə bağlı Lənkəranda həbslər

Aşura günü ilə bağlı Lənkəranda polis sanki komendant saatına keçib. Saxlanılanlar var.

Bu barədə “İslaminSesi”nə Lənkəran inanclıları məlumat veriblər.

Məlumatda o da qeyd edilir ki, Lənkəranda yerləşən şəhər və kənd məscidlərinin, eləcə də ötən il yürüş keçirilən ərazilərə çoxlu sayda polis əməkdaşları və Daxili Qoşunların əsgərləri yerləşdirililib. Çoxlu sayda dindarların saxlanıldığı bildirilir. Aşura günü ilə bağlı Lənkəran məscidlərindəki qara bayraqlar sökülüb.