Azərbaycan R-da Qurban bayramı namazı
https://azeri.sahartv.ir/news/azərbaycan-i281227-azərbaycan_r_da_qurban_bayramı_namazı
Səadətli Qurban bayramı ilə bir vaxtda Azərbaycan Respublikası dindarları bu ölkə məscidlərində şövqlü iştirakla bu mübarək bayramın namazını qılıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2017 09:59 Asia/Baku
  • Azərbaycan R-da Qurban bayramı namazı

Səadətli Qurban bayramı ilə bir vaxtda Azərbaycan Respublikası dindarları bu ölkə məscidlərində şövqlü iştirakla bu mübarək bayramın namazını qılıblar.

Bu mübarək gündə müsəlmanlar bu ölkə məscidlərində əzəmətli Qurban bayramı namazını qılaraq, tək allaha pərəstişdən və nəfsin əsirliyndən xilas olmaqdan gözəl bir görünüş yaradıblar.

Qurban bayramı namazı Bakı daxil olmaqla Azərbaycan Respublikasının bir çox məscidlərində və mehvər olaraq Təzə Pir məscidində qılınıb. Bu namaz iranlıların Bakıda yerləşən Əhli-Beyt(ə) hüseyniyyəsində də Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam vəlmuslimin Əli Əkbər Ocaqnejadın imaməti və bu ölkədə yaşayan bir qrup iranlının, həmçinin Bakıdakı azərilərin iştirakı ilə qılınıb.

Azərbaycan Respublikasında Qurban bayramı xas adət-ənənə ilə keçirilir. Öküz və qoyunun qurban edilməsi və onların ətlərinin ehtiyaclılar arasında bölünməsi, böyüklər və xəstələrlə görüşlər, yerli dadlı yemək və şirnilərin hazırlanması, həmçinin təzə yeznələrin ailələri tərəfindən təzə gəlinlərin evlərinə hədiyyənin göndərilməsi bu adət-ənənələrdəndir və bu hədiyyə adətən xas şəkildə bəzədilmiş diri qoyun olur.

Azərbaycan Respublikasında dini bayramlar bu ölkənin istiqlaliyyət əldə etməsindən sonra özünəməxsus önəm kəsb edib və bu il səadətli Qurban bayramı münasibətilə bu ölkədə dörd gün tətil elan olunubdur.