Mart 15, 2018 16:52 Asia/Baku
  • Zərif: İran ilə Azərbaycan arasında viza rejimi asanlaşdırılır
    Zərif: İran ilə Azərbaycan arasında viza rejimi asanlaşdırılır

İranın xarici işlər naziri deyib: Yaxın günlərdə Azərbaycan Respublikasına səfər edən iranlılar hava limanında viza almaq imkanından faydalana biləcəklər.

İRNA-nın verdiyi məlumata görə, İİR XİN rəhbəri Məhəmməd Cavad Zərif bu gün Bakıda İran, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin dördtərəfli iclasından sonra keçirilən mətbuat konfransında deyib: İran ilə Türkiyə və Gürcüstan arasında viza rejimi ləğv edilib və yaxın gələcəkdə iranlılar Azərbaycan Respublikasına səfər üçün də vizxanın asanlaşdırılması imkanından faydalanacaqlar. 

İİR XİN başçısı Azərbaycan, Türkiyə və Gürcüstandan olan həmkarları ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib: Xalqlar arasında əlaqələrin genişləndirilməsi və turizmin inkişafı dördtərəfli iclasın prioritetləri sırasında idi. 

Zərif deyib: Bu gün İran, Türkiyə, Azərbaycan Respublikası və Gürcüstan arasında turislətin gediş-gəlişi asanlaşdırılıb və növbəti dördtərəfli iclaslarda bu mövzu barədə daha ətraflı danışıqlar aparılacaq. 

Teqlər