Apr 06, 2018 11:19 Asia/Baku
  • Zərif: Naxçıvana səfərdə məqsəd münasibətlərin inkişaf etdirilməsidir
    Zərif: Naxçıvana səfərdə məqsəd münasibətlərin inkişaf etdirilməsidir

İran İslam Respublikası xarici işlər naziri deyib: Naxçıvan Muxtar Respublikasına səfər etməkdə məqsəd ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişaf etdirilməsidir.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikası aeroportuna daxil olarkən jurnalistlərə verdiyi müsahibədə Ali Məclisin sədri Vasif Talıbovun dəvəti ilə Naxçıvana səfər etdiyini bildirərək deyib: İran İslam Respublikası çətin şəraitdə həmişə Naxçıvan əhalisinin yanında olmuşdur. 

Tehran və Naxçıvan Muxtar Respublikasının yaxşı mədəni və iqtisadi əməkdaşlıqlarının olduğunu bildirən nazir ümid edib ki, bu səfərdə də ikitərəfli əməkdaşlıqlar inkişaf edəcək. 

İran İslam Respublikası xarici işlər naziri Naxçıvan Muxtar Respublikası rəsmiləri ilə ikitərəfli əlaqələrin genişləndirilməsi, regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparacaq. 

Teqlər