Dek 16, 2019 18:56 Asia/Baku
  • Bakı-Məşhəd uçuşları başlandı
    Bakı-Məşhəd uçuşları başlandı

İranın Azərbaycan Respublikasındakı səfiri Bakı-Məşhəd birbaşa uçuşlarının başlanmasından xəbər verib.

İranın Azərbaycan Respublikasındakı səfiri Cəvad Cəhangirzadə deyib: Bu gün təyyarənin Bakı beynəlxalq hava limanından Məşhəd şəhərinə doğru uçuşu ilə bu iki şəhər arasında birbaşa hava reysləri başlanıb.

Cəhangirzadə əlavə edib: Bu hava reysini Azərbaycan Respublikasının "Buta Airways" aviasiya şirkəti və "Baku Star" turizm şirkəti bir iranlı şirkətin həmkarlığı ilə açıblar.

İranın Azərbaycan Respublikasındakı səfiri söyləyib: Bu uçuşlar İran-Azərbaycan Respublikası əlaqələrinin daha da genişləndirilməsi məqsədilə həftədə iki dəfə- bazar ertəsi və cümə axşamı günlərində həyata keçiriləcək.

Teqlər

Şərhlər