May 12, 2020 14:59 Asia/Baku
  • EuroHome bazarında növbəti yanğın, 3300 kvadratmetr sahə yanıb

Mayın 12-nə keçən gecə Bakının Binəqədi rayonundakı EuroHome böyük tikinti materialları bazarında güclü yanğın baş verib. FHN-in məlumatına görə, yanğın təxminən 2 saat davam edib və saat 01: 30-da tamamilə söndürülüb.

SahrAzeri Turana istinadən bildirir ki, Bazarın ümumi sahəsi 22 500 kvadratmetrdir, yanğın 3300 kvadrat metr sahəni əhatə edib. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının söndürülməsinə Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin 400-dən çox işçisi və 54 texnikası cəlb edilib. Yanğının səbəbləri araşdırılır, dəyən zərər dəqiqləşdirilir. Xəsarət alanlar barədə açıqlama verilmir.

Məlumatda xatırladılır ki, bu son 5 ayda həmin bazarda ikinci böyük yanğındır. 10 dekabr 2019-cu ildə eyni bazarda yanğın 2 hektar sahədə mağaza və malları məhv etmişi. O zaman 100-dən çox mağaza yanmışdı. Mağaza sahiblərinə böyük ziyan dəymişdi. Bir neçə nəfər yanıq xəsarəti almışdı,  zəhərlənmişdi. Bazar sonradan təmir edildi.

Ötən dəfə yanğının səbəbi kimi yanğından mühafizə sisteminin müəyyən edilmiş normalara uyğun olmaması göstərilmişdi

Teqlər