May 27, 2020 12:09 Asia/Baku
  • Lənkəranda zəlzələ olub

Lənkəran şəhərində zəlzələ olub.

SəhərAzəri - “Report”un xəbərinə görə, bu barədə Lənkəranda olan sosial şəbəkə istifadəçiləri məlumat verib.

Zəlzələnin maqnitudası təxminən 3,5 olub. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a bildirilib ki, zəlzələ yerli vaxtla saat 11:39-da Lənkəran stansiyasından 19 km. şimal-qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb:

"Zəlzələ hiss edilib. Zəlzələ ocağının dərinliyi 10 km, maqnitudası isə 3,5 olub".

Teqlər