İyun 30, 2020 17:33 Asia/Baku
  • Mikayıl Cabbarov:

Dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların Azərbyacan iqtisadiyyatına təsirsiz ötüşməyib.

 SəhərAzəri xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olub. Bununla belə, iqtisadiyyatda müşahidə olunan durğunluğa baxmayaraq, milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb.

Nazir qeyd edib ki, hökumət milli iqtisadiyyata zərərləri minimuma endirmək üçün tədbirlər həyata keçirir. Həyata keçirilən proqramlar vasitəsilə dövlət biznesə yaranmış şəraitdən daha az itkilərlə çıxmağa kömək etməyə çalışır.

 

Teqlər