Azərbaycanda koronavirusa daha 513 yoluxma faktı qeydə alınıb, 440 nəfər sağalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i364237-azərbaycanda_koronavirusa_daha_513_yoluxma_faktı_qeydə_alınıb_440_nəfər_sağalıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 513 yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2020 17:50 Asia/Baku
  • Azərbaycanda koronavirusa daha 513 yoluxma faktı qeydə alınıb, 440 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 513 yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda Hazırkı dövrədək 20 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib. Aktiv xəstə sayı 8397 nəfərdir.

Ötən müddət ərzində 522 min 773 test aparılıb. Bugünkü test sayı isə 6240-dır.