ATU-nun Tədris Cərrahiyyə Klinikasının 33 həkimi koronavirusa yoluxdu
https://azeri.sahartv.ir/news/azərbaycan-i364266-atu_nun_tədris_cərrahiyyə_klinikasının_33_həkimi_koronavirusa_yoluxdu
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-ü koronavirusa yoluxub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2020 10:22 Asia/Baku
  • ATU-nun Tədris Cərrahiyyə Klinikasının 33 həkimi koronavirusa yoluxdu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-ü koronavirusa yoluxub.

SəhərAzəri - Bu barədə "Report"a ATU-nun Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə, həkimlərdən 6-sı sağalaraq evə buraxılıb: "27-nin müalicəsi davam etdirilir. Hazırda müalicə alan həkimlərimizin 6-nın vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfəri isə yüngül vəziyyətdədir. Koronavirusa yoluxmuş həkimlərimiz öz klinikamızda elə öz həkimlərimiz tərəfindən müalicə olunur".