Antirekord: Azərbaycanda koronovirusdan bir gündə 10 nəfər öldü, 548 yeni yoluxma
İyul 09, 2020 19:20 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 548 yeni yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
SəhərAzəri Sputnik-ə istinadla xəbər verir, İndiyədək Azərbaycan Respublikasında ümumilikdə 22464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.