İyul 11, 2020 15:56 Asia/Baku
  • Azərbaycan Respublikasında 18 məhbus koronavirusa yoluxub

Azərbaycanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu ölkənin həbsxanalarında 18 məhbus koronavirusa yoluxub.

SəhərAzəri xəbər verir, Azərbaycanın Səhiyyə Nazirliyi son sutkada daha 526 koronavirusa yeni yoluxma faktının qeydə alınması ilə bu ölkədə koronavirusa yoluxmuş xəstələrin ümumi sayının 22 min 990 nəfərə çatdığını elan edib.

 Azərbaycanın Səhiyyə Nazirliyinın bildirdiyinə görə, daha 8 nəfərin koronavirusdan ölməsindən sonra, bu ölkədə koronavirus qurbanlarının ümumi sayı 292 nəfərə yüksəlib.

Eyni zamanda həmin məlumatda son 24 saat ərzində 1440 nəfərin karantin rejiminin tələblərini pozduğu üçün bu ölkə polisi tərəfindən cərimələndiyi bildirilir.

Hazırkı dövrədək Azərbaycan Respublikasında koronavirus üçün 552 min 311 test aparılıb. 

Azərbaycanda koronavirusa yoluxma hallarında artım elə bir halda qeydə alınır ki, bu ölkədə karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət daha da günclənibdir və Azərbaycan hökuməti BMT Baş Assambleyasının koronavirula mübarizə mövzusu ilə keçiriləcək xüsusi sessiyasının videokonfrans formatında keçirilməsini təklif edib. 

Teqlər

Şərhlər