Avq 19, 2020 11:32 Asia/Baku
  • Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 508,5 milyon ABŞ dollarına bərabər olub.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,4% təşkil edib.

Hesabat dövründə Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın dördüncü əsas ticarət tərəfdaşı olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 15,3% azalıb.

Teqlər