Sen 08, 2020 08:33 Asia/Baku
  • Azərbaycan Respublikasinda restoranlarda xidmət tam bərpa edilib

Azərbaycanda ictimai iaşə obyektlərinin iş saatına dəyişiklik edilib.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il  sentyabrın 8-i saat 00:00-dan yumşalma ilə bağlı qərarında bildirilir.

Qeyd edilib ki, müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək. 

Teqlər