"Şarli Ebdo"-nun mənfur hərəkətinə etirazlar davam edir
Azərbaycanlı tələbələr İslam Peyğəmbərinə(s.ə.s) hörmətsizliyə etiraz etdilər
İranın Qum şəhərində dini elmlər hövzəsində təhsil alan bir qrup azərbaycanlı tələbə Fransada çıxan "Şarli Ebdo" nəşrinin İslam Peyğəmbərinə(s.ə.s) hərmətsizliyinə etiraz yürüşü təşkil edib.
Səhər Azəri bildirir ki, dünən Qum şəhərində keçirilən bu tədbirdə Azərbaycanlı ruhani tələbələr Fransız nəşrin mənfur hərəkətini yolverilməz adlandırıblar.
Məlumata görə, İran İR -ın Qum şəhərində dini təhsil almaqla məşğul olan azərbaycanlı ruhani tələbələr Fransa jurnallarının birində aləmlərə rəhmət olan həzrət Rəsulullaha (s) olunan hörmətsizliyə etiraz yürüşü təşkil ediblər.
Yürüşün sonunda isə höccətül-İslam Ramiz Sarıyev çıxış edib.
Höccətül-İslam Əhmədrza Abbasov tərəfindən də Qum şəhərində təhsil alan ruhanilərin adından müsəlmanların muqəddəslərinə qarsi çirkin addımların əleyhinə bəyanat oxundu.
Bəyanatda deyilir:
"İslam dininə hörmətsizlik habelə, müsəlmanlara qarşı irqçi rəftarlar və təhrikedici hərəkətlər sionist xristianlar tərəfindən proqramlaşdırılmış şəkildə həyata keçirilir. Daha sonra isə media və KİV-də ictimailəşdirilir. Bu da radikal qruplar tərəfindən dünyada terror aktlarının genişləndirilməsinə səbəb olur.
Biz Azərbaycanlı ruhanilər bildiririk ki, müsəlmanlar əleyhinə nifrətamiz təbliğatın aparılmasını din və söz azadlığı adlandırmaq olmaz. Bunu tamamilə yanlış və ağılsız hərəkət hesab edirik.
Beynəlxalq sionizm və imperializmin başlıca məqsədi diqqətləri günümüzün önəmli məsələlərindən xüsusilə də İraq, Suriya, Yəmən, Livan və Fələstində cərəyan edən hadisələrdən yayındırmaqdır. "
Qum şəhərində dini təhsil almaqla məşğul olan azərbaycanlı tələbələrin bəyanatında həmçinin, İslam İnqilabının Böyük Rəhbərinin sözlərinə işarə və təkid edilib: "İslam Ümməti hadisələr qarşısında ayıq olmalıdır. İslam düşmənləri və Qərbin hiyləgər siyasətçilərinin İslam və müsəlmanlar əleyhinə fitnəkar planlarını unutmtmalıdır. "
Qeyd edək ki, Fransada çıxan "Şarli Ebdo" nəşri Qərb dövlətləri və sionist dairələrin dəstəyi ilə təhqiramiz karikatura dərc edərək, İslam Peyğəmbərinə(s.ə.s) hörmətsizlik edib. Qərb dövlətləri isə bu mənfur hərəkəti söz azadlığı bəhanəsi ilə müdafiə etməyə çalışırlar.