Azərbaycanın fransa səfiri:
"Torpaqlarımız azad olandan sonra atəşkəs mümkündür"
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev deyib: " Rusiya ölkəmizin strateji tərəfdaşıdır və regionda stabilliyin olmasında maraqlıdır".
SəhərAzəri Baki mediyalarina istinadla xəbər verir, Fransanın TV5 Monde televiziya kanalında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev aparılan sual-cavabda deyib: "Bu gün müharibədir. Münaqişə yox, əsil müharibədir. Azərbaycan üçün Vətən müharibəsidir. Azərbaycanın əks -hücum müharibəsinin məqsədi 1992-ci ildən işğal olunan torpaqlarımızı azad etməkdir. 1992-ci ildən Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. BMT təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi var ki, onların hər biri erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayondan dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edir".
R.Mustafayev bildirib ki, bu gün Azərbaycan beynəlxalq hüquq çərçivəsində hərəkət edir. Azərbaycanın məqsədi işğal altında olan torpaqlarını azad etməkdir. Torpaqlarımız azad olduqdan sonra Dağlıq Qarabağ tərəqqi edəcək və onun müxtəlif xalqlardan olan əhalisi Azərbaycanın vətəndaşlardır.
Səfir əlavə edib ki, "ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransa-nın münaqişənin həllinə nail ola bilməməsi vəziyyəti bu dərəcəyə çatdırıb.
Rusiya ölkəmizin strateji tərəfdaşıdır və regionda stabilliyin olmasında maraqlıdır.
Ermənistandan fərqli olaraq Azərbaycan danışıqlar prosesinin formatına heç vaxt mane olmayıb. Ermənistan isə hər dəfə danışıqlar prosesinə mane olub".
Aparıcının danışıqlara başlamaq və atəşkəslə bağlı suallarına cavabında səfir deyib: "Azərbaycan işğal altında olan ərazilərini azad etməkdədir. Torpaqlarımız azad olduqdan sonra danışıqlara hazır olarıq.
Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuz azad olduqdan sonra atəşkəsdən danışmaq olar".
Qeyd edək ki, Dağlıq Qarabağ haqqında məlumatla başlayan verilişdə səfir məlumatların səhv olduğunu bildirib.