Okt 08, 2020 12:14 Asia/Baku
  • Dağlıq Qarabağda davam edən müharibədə

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, bir erməni pilotsuz təyyarəsinin məhv edildiyini bildirib. 

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Müdafiə Nazirliyi dünən gecə yerli vaxtla saat 22: 00-da Ağstafa şəhəri yaxınlığında  sərhəd bölgəsində bir erməni pilotsuz təyyarəsinin Azərbaycan Respublikası hava hücumundan müdafiə bölmələri tərəfindən məhv edildiyini bildirib.
A.R Müdafiə Nazirliyi müxtəlif əməliyyat bölgələrində erməni qüvvələrinə ağır zərbələr vurulduğunu da bildirib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənilərin  yaşayış sahələrinə qarşı hücumları davam edir, və bu səhər erkən saatlarında erməni qüvvələri Goranboy, Bərdə, Ağcabdi, Tərtər və Ağdam şəhərlərinin kənd ərazilərinə ağır silahlarla atəş açaraq mülki insanların ölüb və ya yaralanmasına səbəb olublar.
 Həmçinin məlumatda bildirilir ki, Ermənistan ordusunun 1-ci və 7-ci hissələrinin bəzi əsgərləri mövqelərini tərk edərək döyüş meydanından qaçıblar.

Teqlər