Azərbaycan Respublikasında koronavirusa daha 191 nəfər yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i368134-azərbaycan_respublikasında_koronavirusa_daha_191_nəfər_yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2020 19:57 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 191 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 012 nəfər müalicə olunaraq sağalıb, 603 nəfər vəfat edib, aktiv xəstə sayı 1 689 nəfərdir.