Okt 14, 2020 18:21 Asia/Baku
  •     Azərbaycan Respublikasında koronavirusa daha 369 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 42 750 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib, aktiv xəstə sayı 2 564 nəfərdir.

Image Caption

 

Teqlər