Azərbaycan Respublikasında koronavirusa daha 714 nəfər yoluxub
Okt 21, 2020 22:57 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb.
SəhərAzəri xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 46 593 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib, aktiv xəstə sayı 5 503 nəfərdir.