Okt 22, 2020 14:44 Asia/Baku
  • Azərbaycan Respublikası ilə Türkiyənin xarici işlər nazirləri Qarabağ müharibəsini müzakirə ediblər

Azərbaycan Respublikası ilə Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər münaqişəli Dağlıq Qarabağ bölgəsində gedən son prosesləri müzakirə ediblər.

SəhərAzəri Anadolu xəbər agentliyinə istinadla xəbər verir ki, dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Telefon Söhbəti zamanı Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi və regionda davamlı sülhün bərqərar edilməsi vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının xarici işlər naziri, həmçinin dünən Moskvaya səfər edərək, rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb və Qarabağ müharibəsi ətrafında fikir mübadiləsi aparıb.

Rəsmi Ankaranın Bakını dəstəkləməsi Qarabağda qarşıdurmanın kəskinləşməsinə səbəb olub və münaqişənin dinc yolla həll edilməsinə bir maneəyə çevrilib, həmçinin region ölkələri arasında etiraz dalğasının yaranmasına səbəb olub.

Azərbaycan Respublikası ilə Ermənistan arasında qarşıdurmalar sentyabrın 27-dən başlayıb və hər iki tərəfdən ağır itkilərlə nəticələnib və indiyədək ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə  Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylər heç bir nəticə verməyib.

Teqlər