"Ləbbeyk ya Hüseyn"ə görə 10 sutka həbs
Oktyabrın 23-də Masallı rayon Ərkivan qəsəbəsinə gətirilən şəhid Əlizadə Famil Habil oğlunun dəfn mərasimində İslam şüarları deyənlərdən saxlanılanlar və həbs edilən olub.
SəhərAzəri Giperssilka.ru-a istinadla xəbər verir ki, son günlərdə Azərbaycanda əziz şəhidlərin dəfnində yaşanan təzyiqlər və saxlanılmalara DEVAMM sədri Hacı İlqar İbrahimoğlu münasibət bildirib.
Hacı İlqar İbrahimoğlu özünün feysbuk səhifəsindən etdiyi çıxışında mövzu ilə bağlı bir sıra mətləblərə toxunaraq deyib:"İstənilən hallarda insanların son mənzilə necə yola salınması onların və xalqın haqqıdır".
Qeyd edək ki, Qarabağ cəbhəsində şəhid olan Azərbaycan övladlarının dəfni zamanı bir sıra şüarların səsləndirilməsinə, mərsiyyə və növhələrin oxunmasına maneələrini yaradılması, bəzi möminlərin şəhid dəfnləri zamanı saxlanılaraq polis bölməlrinə aparılmaları kimi xəbərlər yayılmaqdadır. Sonuncu belə hadisə Masallı rayonunda qeydə alınıb.
Oktyabrın 23-də Masallı rayon Ərkivan qəsəbəsinə gətirilən şəhid Əlizadə Famil Habil oğlunun dəfn mərasimində İslam şüarları deyənlərdən saxlanılanlar və həbs edilən olub. Məlumata görə, həbs müddəti 10 günə qədər olub.