İlham Əliyev Ermənistana xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i369049-İlham_Əliyev_ermənistana_xəbərdarlıq_edib
Azərbaycan Respublikasının prezidenti bu ölkədən Avorpaya uzanan neft və qaz boru kəmərlərini hədəfə almaq üzrə hər cür ehtimal olunan hərəkət barədə Ermənistana xəbərdarlıq edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 30, 2020 05:41 Asia/Baku
  • İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan Respublikasının prezidenti bu ölkədən Avorpaya uzanan neft və qaz boru kəmərlərini hədəfə almaq üzrə hər cür ehtimal olunan hərəkət barədə Ermənistana xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, İlham Əliyev dünən gecə öz tvitter hesabında yazıbdır ki, əgər bu enerji nəqli kəmərlərinə qarşı bir hərəkət edilərsə, Ermənistan təhlükəli beynəlxalq təzyiqlərlə üzləşəcəkdir.

Azərbaycan Respublikasının prezidenti sonra Ermənistanı üç atəşkəs razılaşmasının maddələrinin icrasında sabotaj törətməkdə ittiham edib və belə deyib: Bakı dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsindən müharibə əsirləri və cəsədlərinin mübadiləsi məsələsinə qarışmasını istəsə də erməni tərəfi bu istəyə qarşı çıxıbdır. Buna görə, qərara alındı ki, cəsədlər və əsirləri birtərəfli şəkildə Ermənistana təhvil verək.

İlham Əliyev həmçinin bir tvitt-də bildiribdir ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında vasitəçilik edən tərəflər, tərəfsiz olmalıdırlar.