Rus sülhməramlıları Qarabağda qəzaya düşdü
https://azeri.sahartv.ir/news/azərbaycan-i370659-rus_sülhməramlıları_qarabağda_qəzaya_düşdü
Qarabağda rus sülhməramlılarının maşınının iştirakı ilə avtoqəza olub, nəticədə avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2020 07:37 Asia/Baku
  • Rus sülhməramlıları Qarabağda qəzaya düşdü

Qarabağda rus sülhməramlılarının maşınının iştirakı ilə avtoqəza olub, nəticədə avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Xankəndi-Əsgəran avtomobil yolunun 4-cü km-də avtoqəza baş verib. Məlumata görə, “Suzuki Vitara” markalı avtomobil yoldan çıxaraq Rusiya sülhməramlı qüvvələrinə məxsus avtomobillə toqquşub. Nəticədə “Suzuki”nin sürücüsü və sərnişini hadisə yerində ölüb. Onların şəxsiyyətləri araşdırılır. Qəzanın pis hava şəraiti səbəbindən baş verdiyi deyilir.