Dek 13, 2020 13:00 Asia/Baku
  • Əliyev Ağdamda Rusiya-Türkiyə birgə mərkəzinin yaradılması qərarına gəlib

Azərbaycan Respublikasının prezidenti bu ölkənin Ağdam rayonunda Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzinin yaradılması haqda məlumat verib.

SəhərAzəri xəbər verir, İlham Əliyev şənbə günü ATƏT-in Minsk qrupunun fransız və amerikan həmsədrləri Stefan Viskonti və Endrü Şufer ilə görüşdə deyib: Ağdam rayonundakı nəzarət mərkəzi, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzidir və bu məsələ noyabrın onunda yayılan üçtərəfli bəyanatda irəli sürülübdür.

Əliyev Rusiyanın Bakıdakı səfirinin də iştirak etdiyi bu görüşdə bildiribdir ki, bu, Türkiyə və Rusiyanın qənaətbəxş əməkdaşlıq nümunəsidir.

Əliyevin Ağdam rayonunda Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzinin yaradılması barədəki qərarı elə bir haldadır ki, Ermənistanın müdafiə nazirliyi dünən bir bəyanatda bildirdi ki, Azərbaycan Respublikası ordusu Dağlıq Qarabağ bölgəsinin cənubunda atəşkəsi pozubdur.

Teqlər