Yan 12, 2021 11:08 Asia/Baku
  • Bakı-İslamabad hərbi həmkarlıqları araşdırılıb

Pakistan hərbi hava qüvvələrinin komandanı dünən bir nümayəndə heyəti ilə Bakıya səfər edib.

SəhərAzəri xəbər verir, bu səfər zamanı Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşən Mücahid Ənvər Xan qarşı tərəflə iki ölkənin hərbi əməkdaşlıqlarını araşdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Pakistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil, həmçinin iki ölkənin hərbi hava qüvvələrinin əməkdaşlığının inkişaf etdirilməsi və bu sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan Respublikası və Pakistan hərbi hava qüvvələrinin əməkdaşlıqlarının genişləndirilməsi məsələsi Mücahid Ənvər Xanın Azərbaycan Respublikası müdafiə nazirinin müavini və bu ölkənin hərbi hava qüvvələrinin komandanı Ramiz Tahirovla görüşündə də araşdırılıb.

Tahirov bu görüşdə Pakistan hərbi hava qüvvələrinin ali məktəblərində Azərbaycan Respublikasının hərbi təyyarəçilərinin hazırlanmasından razılıq edib.

O, Azərbaycan Respublikası ordusunun döyüş bacarıqlarının artırılması üçün hərbi təlim sahəsində qarşılıqlı əlaqələr də daxil olmaqla iki ölkənin hərbi hava qüvvələrinin əməkdaşlığının genişləndirilməsini mühüm adlandırıb.

Ənvər Xan da Pakistan hərbi hava qüvvələrinin bu ölkənin təlim mərkəzlərində Azərbaycan Respublikasının hərbi hava qüvvələrinin vertolyot ekipajlarına hərbi yardımlar göstərməsinin önəminə toxunub,/ bu sahədəki fəaliyyətlərin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası və Pakistan hərbi hava qüvvələrinin birgə təlimlərinin keçirilməsilə bağlı məsələlər də müzakirə olunub.

Teqlər