Yan 14, 2021 14:29 Asia/Baku
  • Azərbaycan Pakistanla memorandum imzalayıb

Azərbaycan Respublikası və Pakistan bu gün təbii fəlakətlər zamanı əməliyyatların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

SəhərAzəri xəbər verir, imza mərasimi İslamabadda - Pakistan Xarici İşlər Nazirliyində baş tutub.

Memorandumu Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureşi imzalayıblar.

Tədbirdə həmçinin Pakistan Milli Fövqəladə Hallar İdarəsinin (NDMA) sədri general-leytenant Axtar Navaz da iştirak edib.

Razılığa əsasən, Azərbaycan və Pakistan fövqəladə hallar və təbii fəlakətlər zamanı bir-birinə kömək edəcəklər.

Teqlər