Azərbaycan Respublikasında birinci qədr gecəsi mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i376576-azərbaycan_respublikasında_birinci_qədr_gecəsi_mərasimi_keçirilib
Min aydan üstün olan qədr gecəsi Azərbaycan Respublikasında pandemiya şəraitinə uyğun şəkildə keçirilib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 02, 2021 08:46 Asia/Baku
  • Azərbaycan Respublikasında birinci qədr gecəsi mərasimi keçirilib

Min aydan üstün olan qədr gecəsi Azərbaycan Respublikasında pandemiya şəraitinə uyğun şəkildə keçirilib.

Fəzilətlə dolu qədr gecələrindən ilk gecənin əhya mərasimi, koronavirusun yayılmasının qarşısını almaq istiqamətində səhiyyə protokollarının nəzərə alınması ilə, Azərbaycan Respublikasında da keçirilib.

Azərbaycan Respublikasında Əhli-Beyt(ə) sevərlər və mömin xalq fəzilətlə dolu qədr gecələrinin ilk gecəsində və Həzrət Əli(ə)-ın zərbə almasının ildönümü günündə Allah-Taala ilə raz-u-niyaz edirlər.

Həzrət Əli(ə) zərbə aldıqdan sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək Ramazan ayının 21-də şəhid oldu.